LEGO Rusiyada fəaliyyətini tamamilə dayandırdı

Danimarkalı LEGO konstruktorları istehsalçısı Rusiyada fəaliyyətini tamamilə dayandırıb.

Bizimxeber.az bildirir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Telegram-da məlumat verib.

“LEGO kərpiclərinin Danimarka istehsalçısı Rusiyada fəaliyyətini tamamilə dayandırıb.

Rusiyada LEGO-nun 81 mağazası var idi. Şirkət Ukraynaya silahlı müdaxilə ilə əlaqədar martın 3-də ölkəyə tədarükləri dayandırıb.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, “Vkusno i Toçka” fast food restoranlar şəbəkəsinin “McDonalds”la əvəzlənən hissəsində kartof qızartması olmayacaq. Səbəb, keçən il Rusiyada şəbəkənin müəssisələrində bu yeməyi istehsal etmək üçün istifadə olunan kartof sortları üçün zəif məhsul olması idi.

KİV rusların “idxal əvəzləməsindən” necə əziyyət çəkdiyini də göstərdi.