Lavrov da Ər-Riyada getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ər-Riyada gedib.

Bizimxeber.az bildirir ki, bu barədə Dmitri Peskov məlumat verib. Onlar Ər-Riyadda amerikalı həmkarları ilə görüş keçirəcəklər.O, ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün kompleksinin bərpasına həsr olunacaq.

"O, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki prezident arasında görüşünün təşkilinə həsr olunacaq", - Rusiya prezidentinin mətbuat katibi bildirib.