Lavrov Blinkeni təcrübəli insan adlandırdı


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkeni təcrübəli və eşidən şəxs adlandırıb.

Bizimxeber.az bildirir ki, bu barədə o, mətbuat konfransında deyib: "Mən Entoni Blinkenlə bir neçə dəfə danışmışam. O, təcrübəli insandır, bilikli insandır və fikrimcə, eşitməyi bacarır".

Lavrov və Blinken arasında sonuncu görüş Stokholmda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nazirlər toplantısı çərçivəsində baş tutub.