Latviyanın ardınca Litva da “Dojd”un yayımını yasaqladı

Latviyanın ardınca Litva da Rusiyanın "Dojd" telekanalının yayımını dayandırdığını elan edib.

Bizimxeber.az "Delfi"yə istinadən bildirir ki, kanal dekabrın 8-dən Litvada mövcud olmayacaq.

Qeyd edək ki, mart ayında Ukraynada hərbi əməliyyatlar başlayandan sonra “Dojd” Rusiyada yayımını dayandırıb. Yayda kanal Latviyada fəaliyyət göstərmək üçün lisenziya alıb. Riqadan başqa, Tbilisi, Amsterdamda və Parisdə “Dozhd*” filialları açılıb.