Latviyada prezident seçkilərinin vaxtı açıqlandı

Latviya Seyminin Rəyasət Heyəti və fraksiyalar şurası prezident seçkilərinin vaxtı ilə bağlı razılığa gəlib.

Bizimxeber.az bildirir ki, seçkilər mayın 31-nə təyin edilib.

Qeyd edək ki, Latviyada prezident parlament tərəfindən seçilir.