Latviya Ukraynaya 500 pilotsuz təyyarə göndərdi

Latviya Ukraynaya göndərilmək üçün 500-dən çox dron partiyası hazırladığını açıqlayıb. 

Bizimxeber.az bildirir ki, bu barədə X-də (Twitter) Baltikyanı ölkələrin müdafiə naziri Andrus Spruds məlumat verib.

Spruds yazıb: "500-dən çox drondan ibarət dəstə Ukraynaya səyahətə başlayır".

Bu yaxınlarda bildirildi ki, Latviya Ukraynaya 2500 pilotsuz uçan aparatla yardımın növbəti partiyasını hazırlayıb  və bu yardım iyul ayı ərzində “pilotsuz uçuş koalisiyası” çərçivəsində mərhələli şəkildə veriləcək. 

Ötən həftə məlum olub ki, Latviya və Almaniya Ukraynaya dəstək üçün pilotsuz təyyarələrin birgə alınması barədə razılığa gəliblər.