Latviya sərxoş sürücülərdən aldığı avtomobilləri Ukraynaya bağışladı

Latviya sərxoş sürücülərdən müsadirə edilən avtomobilləri Ukraynaya ümumilikdə 2,25 milyon avro təhvil verib.

Bizimxeber.az bildirir ki, bu barədə Latviyanın Dövlət Gəlirləri Xidməti (VİD) məlumat yayıb.

2023-cü il fevralın 16-da Seym təcili olaraq Ukraynanın Mülki Əhalisinə Dəstək haqqında Qanuna dəyişiklikləri yekdilliklə qəbul etdi. Bu düzəlişlər Latviya dövlətinə məxsus avtomobillərin Ukraynaya verilməsinə icazə verir.

Belə avtomobillərə sərxoş halda sükan arxasına keçən sürücülərdən müsadirə edilən nəqliyyat vasitələri daxildir. Qanuna yuxarıda qeyd olunan düzəlişlər qüvvəyə minəndən bəri hökumət müsadirə edilmiş avtomobillərin Ukraynaya verilməsi ilə bağlı bir neçə qərar qəbul edib. VID-in məlumatına görə, Ukraynaya ilkin dəyəri 2,25 milyon avro olan ümumilikdə 612 avtomobil verilib.