Latviya Rusiya səfirindən ölkəni tərk etməyi tələb edir

Rusiyanın Riqadakı səfiri fevralın 24-dək Latviyanı tərk etməlidir.

Bu barədə Latviyanın Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Həmçinin Latviyanın xarici işlər naziri Edqars Rinkeviç tvitter hesabında yazıb ki, ölkəsi “Moskvadan buna uyğun hərəkət etməyi tələb edir”.

Qeyd edək ki, bundan əvvəl Estoniya hakimiyyəti Rusiyanın diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına cavab olaraq “paritet prinsipi”ni və Rusiya səfiri Vladimir Lipayevin ölkədən çıxarılmasını elan etmişdi.