Kutaisi Beynəlxalq Universitetinin 700 tələbəsi etiraza başladı

Kutaisi Beynəlxalq Universitetinin tələbələri universitetin ərazisinə yürüş keçiriblər. Onlar rektorluğun təhsil prosesini dayandırmayan qərarına etiraz ediblər.

İki gün əvvəl 700 tələbə bu tələblə rəhbərliyə yazıb. Gənclər etirazlarda iştirak etmək üçün təhsilin dayandırılmasını və ya ara imtahanların pulsuz bərpasını tələb edirlər. "700 tələbə təhsilin dayandırılması və ya tələbələrin nümayişə çıxmasına dəstək verilməsi üçün rektora bir neçə imza ilə müraciət göndərib.

Bunun ardınca heç bir izahat verilmədən qəti şəkildə imtina edilib və bir neçə məqama diqqət yetirməyiblər. Bu səbəbdən yürüş keçirilib. 

Qeyd olunur ki, bütün bunlara baxmayaraq tələbələr bu axşam etirazçılara qoşulacaqlarına qərar veriblər.