"Kursk vilayyətinin 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir" - Aleksey Smirnov

"Ukrayna hərbçiləri Kursk vilayyıətinin Belovski rayonunda kimyəvi silahdan istifadə edib".

Bizimxeber.az bildirir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov deyib.

O, Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində vəziyyətlə bağlı keçirilən müşavirədə müvafiq bəyanatla çıxış edib. 

O, aydınlaşdırıb ki, Belovski rayonunda elektrik təchizatını bərpa etmək üçün göndərilən Rosseti briqadası müvafiq hücuma məruz qalıb.

“Briqada atəşə tutuldu və mərmilərdə kimyəvi silah var idi. Polis şöbəsinə sığındıq, hamı sağdır, amma polis əməkdaşları və kənd sovetinin sədri zəhərlənib”, - Smirnov bildirib. Smirnov bildirib ki,  hazırda Ukrayna hərbçilərinin nəzarətində olan 28 Kursk yaşayış məntəqəsi var.