Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Rusiyanın Kursk Atom Elektrik Stansiyası yaxınlığında gedən döyüşlərin nüvə təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, Qrossi gələn həftə Kursk AES-ə səfər edəcək.
Onun ərazidə nüvə təhlükəsizliyi vəziyyətini qiymətləndirmək üçün lazım olan növbəti addımları müzakirə edəcəyi gözlənilir.