Kuleba yeni vəzifəyə təyin olundu

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Aparatı rəhbərinə yeni müavin təyin edib. 

Bu barədə sərəncam Ukrayna Prezident Aparatının saytında dərc olunub. Sərəncama əsasən bu vəzifəyə Aleksey Volodimiroviç Kuleba gətirilib.

Qeyd edək ki, Kuleba daha öncə Kiyev vilayətinin qubernatoru olub.