Avropa Komissiyası (AK) bütün Avropa ölkələrini müharibələrin qarşısını almaq üçün mümkün hərbi münaqişələrə hazırlaşmağa çağırır.
Bizimxeber.az bildirir ki, bu çağırışı Avropanın müdafiə üzrə komissarı, litvalı Andrius Kubilius edib.
“Avropa müharibənin qarşısını almaq üçün müharibələrə hazırlaşmalıdır. Çünki, Rusiya NATO ilə beş il ərzində, hətta daha tez də münaqişəyə hazır ola bilər".
Bununla belə, o, Rusiyanın belə bir münaqişəyə səbəb olmasını izah edən arqumentlər təqdim etməyib.