KTMT baş katibi İrəvana gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas gələn həftə Ermənistana getməyi planlaşdırır. 

Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Onun sözlərinə görə, KTMT Birləşmiş Qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi missiya sentyabrın 15-də Ermənistana uçacaq. Gələn həftə isə Stanislav Zas da İrəvana səfər edəcək.