Krımın silsilə terror aktlarının qarşısını alındı - FSB

Krımda dəmir yolu nəqliyyatı obyektlərində silsilə təxribat və terror aktlarının qarşısı Rusiya xüsusi xidmət orqanları tərəfindən alınıb.

Bizimxeber.az bildirir ki, bu barədə FSB məlumat və video yayıb,

Qrup üzvləri Krımın müxtəlif bölgələrində dəmiryol relslərində terror aktları törətməyi və qatarların, o cümlədən hərbi qatarların hərəkətini iflic etməyi planlaşdırıblar.
Hər birinin çəkisi təxminən bir kiloqram olan Sİ-4 markalı plastik partlayıcının elektrik detonatorları və briketlərindən, AK-74 avtomat tüfəngindən, TT tapançası götürülüb.

Saxlanılan şəxslərə qarşı terror aktına hazırlıq, qanunsuz olaraq partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, ötürmə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə maddələri ilə cinayət işi açılıb. Kəşfiyyat xidməti qeyd edib ki, təqsirləndirilən şəxslər törətdikləri cinayəti etiraf ediblər və istintaqla fəal əməkdaşlıq edirlər.