"Krımda dinc həyat olmamalıdır" - Podolyak

Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin (AFU)  Sevastopola endirdiyi zərbədən sonra özünün Telegram kanalında Krımda dinc həyat olmamalı olduğunu bildirib. 

“Krımda heç bir “çimərliklər”, “turizm zonaları” və digər uydurma “dinc həyat” əlamətləri yoxdur və ola da bilməz”, o yazıb.

Podolyak yarımadanı “yüzlərlə birbaşa hərbi hədəfin olduğu böyük hərbi düşərgə və anbar” adlandırıb.