Kreml səfərbərlik elan olunmasının səbəbini açıqladı

“Rusiya hazırda de-fakto NATO bloku ilə qarşı-qarşıyadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə gətirib çıxardı”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Putin dünənki çıxışı zamanı qismən səfərbərlik barədə qərar qəbul edilməsinin səbəblərini açıqladı. Məsələ ondadır ki, xüsusi hərbi əməliyyat Ukraynada məqsədlərin yerinə yetirilməsi üçün başladılıb”, - deyə Peskov söyləyib.