Kreml rəsmilərə iPhone-dan istifadəni qadağan edib

"Rusiya Kreml Administrasiyasının əməkdaşlarına iPhone-dan rəsmi məqsədlər üçün istifadə etmək qadağası qoyub".

Bizimxeber.az bildirir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O, əlavə edib ki, bir çox dövlət qulluqçusu şəxsi məqsədlər üçün “Apple” telefonlarından istifadə edir: "Hamı bilməlidir ki, iPhone-dan rəsmi məqsədlə istifadə yolverilməzdir və qadağandır".

Bununla belə, o etiraf edib ki, Kremlin çox az əməkdaşı özəl olaraq Apple mobil telefonlarından istifadə etməyə davam edir.