Kreml Putin və Zelenskinin hansı şərtlərlə görüşəcəyini açıqladı

"Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasındakı görüş, danışıqların gündəliyi bəlli olduqdan sonra baş tutacaq". Bizimxeber.az xəbər verir ki,  bu barədə "TASS" Peskova  istinadən məlumat yayıb. 

Kremlin sözçüsü "Əlbəttə ki, iki prezident hər ikisi hazır olduqda, ünsiyyət üçün müəyyən gündəm yarandıqda, nədən danışmaq lazım olduğunu başa düşdükdə görüşəcəklər. Sonra görüşəcəklər" deyə bildirib.

Bu arada Zelenski "Rusiya lideri hazır olduqda görüş keçirməyə hazıram"deyə mətbuata açıqlamasında bildirib.