Kreml Ərdoğanın "sülh planı"na qarşı çıxdı - "Moskva üçün qəbuledilməzdir"

Kreml Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynadakı münaqişənin cəbhə xəttində dondurulması təşəbbüsünün təfərrüatlarını bilmir. Belə bir variant Moskva üçün qəbuledilməzdir"..

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Rusiya Federasiyası və Türkiyə liderlərinin son təmaslar zamanı bu planı müzakirə edib-etmədiklərini soruşduqda, Peskov mənfi cavab verib. “Xeyr, bu müzakirə olunmayıb, biz də bu nəşrlərə diqqət yetirmişik, lakin hələlik bu barədə məlumatımız yoxdur. Biz nədən danışıldığını bilmirik”, - Kreml sözçüsü bildirib.

"Bloomberg"in məlumatına görə, Ərdoğan G20 sammitində Ukraynada cəbhə xəttində münaqişənin dondurulmasını təklif edəcək.  Agentliyin məlumatına görə, o, bu təşəbbüsü G20 liderlərinin sammitində səsləndirmək niyyətindədir.

Bloomberg mənbələrinin məlumatına görə, Türkiyənin planına on il ərzində Ukraynanı NATO-ya qəbul etməkdən imtina etmək, Donbassda hərbsizləşdirilmiş zona yaratmaq və orada beynəlxalq qoşun yerləşdirmək, həmçinin Ukraynaya silah tədarükünü davam etdirmək də daxildir.