Kral Çarlzın şəkli olan əskinaslar istifadəyə verildi

İngiltərə Bankı yeni monarx Kral Çarlzın portreti olan əskinasları təqdim edib.

"Bizimxeber" Bloomberg"ə istinadən bildirir ki, onlar 2024-cü ilin ortalarından əskinasları II Elizabetin portreti ilə əvəz etməyə başlayacaqlar. 

III Carlzın portreti 5, 10, 20 və 50 funt-sterlinq nominallı əskinasların dizaynında yeganə dəyişiklik idi.

Əskinasların sol tərəfində, eləcə də şəffaf “pəncərə”də yeni monarxın üzü təsvir olunub. Hazırda dövriyyədə təxminən 82 milyard funt-sterlinq (99,8 milyard dollar) olan İngiltərə Bankının təqribən 4,7 milyard əskinasları var.

Əskinasların arxasında həmçinin Uinston Çörçill, yazıçı Ceyn Osten, rəssam Cozef Terner və riyaziyyatçı Alan Türinqin təsvirləri olacaq.