Kosovoda toqquşmalar zamanı 19 macar sülhməramlısı yaralanıb

Kosovonun Zvecan şəhərində baş verən qarşıdurmalar zamanı NATO sülhməramlı kontingentinin sıralarından 30 əsgər, o cümlədən 19 macar əsgəri yaralanıb.

Bizimxeber.az bildirir ki, bu barədə NATO -nun himayəsi altında Kosovoda fəaliyyət göstərən KFOR sülhməramlı missiyası bildirib.

Yaralılar arasında, əvvəllər məlum olduğu kimi, 11 italyan əsgəri, həmçinin Macarıstan kontingenti sıralarından 19 nəfər var.

Xəsarət alan sülhməramlılar yandırıcı və partlayıcı qurğulardan sınıqlar və yanıqlar da daxil olmaqla çoxsaylı xəsarətlər alıblar. KFOR-un məlumatına görə, yaralar hərbçilərin həyatı üçün təhlükə yaratmır.

“NATO-nun başçılıq etdiyi KFOR missiyası KFOR qoşunlarının getdikcə daha aqressiv kütlənin hücumuna məruz qalması zamanı yeni seçilmiş bələdiyyə başçıları vəzifəyə gəlmək üçün mübarizə apararkən, eskalasiya riskini azaltmaq üçün Kosovonun şimalındakı dörd bələdiyyədə mövcudluğunu artırdı.