Kosovo ölkənin şimalında vəziyyətin kəskinləşməsi ilə əlaqədar Müdafiəçi Avropa 23 genişmiqyaslı hərbi təlimləri çərçivəsində planlaşdırılan tədbirləri ləgv edib.
Bizimxeber.az “European Pravda”ya istinadən bildirir ki, bu barədə Kosovo Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Tədbirin ləğvi “strateji tərəfdaşımızın müraciətinə uyğun olaraq” baş tutub.
Qeyd edək ki, keçən ay elan edilən Defender Europe 23 təlimi aprelin 22-dən iyunun 23-dək davam edəcək. Təlimlərdə 7,800 ABŞ əsgəri və 20-dən çox ABŞ müttəfiqindən 15,000 əsgər iştirak edir.