Qazaxıstanlı korrupsioner məmurlardan müsadirə olunan pullar xeyirxah məqsədlərə yönəldiləcək.
Bizimxeber.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, onlar ölkə daxilində yeni məktəblər tikəcəklər. Təhsil müəssisələrinin siyahısı artıq Qazaxıstan Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
Qeyd edək ki, korrupsioner məmurlardan təxminən 96,5 milyard tenge müsadirə edilib.