Kolumbiya hökuməti ABŞ-dan gələn mallara 25% rüsumunun tətbiq olunduğunu elan edib. Bu qərar ABŞ-ın yeni prezidenti Donald Trampın rüsumları qaldırmasına cavab hesab olunur.
Bizimxeber.az bildirir ki, Kolimbiya prezidenti Qustavo Petro X sosial şəbəkəsində ABŞ-dan gələn mallara 25% cavab rüsumunun tətbiq olunduğunu açıqlayıb. Ölkə başçısı Amerika mallarının yerli mallarla əvəzlənməsini təklif edib ki, bu da hakimiyyət tərəfindən asanlaşdırılacaq.
Qiymətləri qalxacaq Amerika malları yerli istehsal məhsulları ilə əvəz olunmalıdır və hökumət buna köməklik göstərəcək ”, - Petro yazıb. Kolumbiya prezidenti həmçinin malların ixracını genişləndirməyə çağırıb. Bundan əlavə, o, xaricdəki Kolumbiya icmalarını buna dəstək verməyə dəvət etdi.