“Ümid edirəm ki, Ermənistan ordusu özünü bərpa etmək üçün güc və iradə tapacaq və biz xalqımız üçün əsl və layiqli sülhü təmin edəcək ordu görəcəyik”.
Bizimxeber.az bildirir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan ordu günü ilə bağlı yaydığı bəyanatda deyib.
Qeyd edək ki, Ermənistanda 28 yanvar Ordu Günü kimi qeyd olunur. Amma 2020-ci ildə 44 günlük müharibədə məğlubiyyətdən sonra bayram şənlikləri keçirilmir. Azərbaycanın igid ordusu bunları necə əzibsə ordu günlərini keçirə bilmirlər.