Kobaxidze: "Tbilisidə etirazçılar molotov kokteylindən istifadə ediblər"


Tbilisidə parlament binası yaxınlığında etirazçılar “Molotov kokteyli”ndən istifadə ediblər. Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Görürsünüz ki, bu, dünən və srağagün gördüklərimiz dinc etiraz deyildi. Orada “Molotov kokteyli”, polisə qarşı pirotexniki vasitələrdən istifadə edilib, bundan sonra onlar ciddi yanıq xəsarətləri alıblar”.

Kobaxidzenin sözlərinə görə,  Tbilisidə etiraz aksiyaları zamanı 50-dən çox polis əməkdaşı yaralanıb.