Kiyevin ərtaf rayonları vuruldu

Ukraynanın paytaxt vilayətində yerli hakimiyyət orqanlarının hava hücumu xəbərdarlığını elan etməsindən sonra Kiyevdə partlayış səsləri eşidilib. 

Bizimxeber.az bildirir ki, bu barədə şəhərin meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə , Ukrayna paytaxtına hücum Geran-2 kamikadze pilotsuz uçan aparatları ilə həyata keçirilib. Ukraynanın TSN agentliyi hadisə şahidlərinə istinadən xəbər verir ki, "Ukrenerqo" milli enerji şirkətinin binası üzərində tüstü buludları var. “Strana” nəşri qeyd edir ki, zərbələrdən birindən sonra güclü yanğın baş verir.

Bundan əvvəl Kiyev və Kiyev vilayətinin hakimiyyət orqanları hava həyəcanı elan etmişdilər. Bu barədə vilayət hərbi administrasiyasının Telegram-kanalında deyilir.