Kiyev vuruldu - 1 ölü, 3 yaralı

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumu nəticəsində azı bir nəfər ölüb.

Bizimxeber.az bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Obolonski rayonunda bir ölümdən əlavə, biri uşaq olmaqla, azı üç nəfər yaralanıb.

Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələrinin dəf etdiyi raketlərin qalıqları Kiyevin 4 rayonunda evlərə və digər tikililərə ziyan vurub, yanğınlara səbəb olub.

“Ukrainska pravda” nəşrinin məlumatına görə, fevralın 12-də saat 04:27-də ballistik raket hücumu təhlükəsi ilə əlaqədar Kiyevdə hava hücumu elan edilib və tezliklə partlayışlar baş verib.