Kiyev vilayətində güclü partlayış səsləri eşidilir.
Bizimxeber.az bildirir ki, bu barədə gecə saatlarında vilayət hərbi administrasiyası rəsmi Telegram kanalında məlumat yayıb.
Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində partlayışlar daha şiddətli olub.
Kiyev, Vışqorod və Obuxova dronlarla hücum edilib. Yerli ictimai səhifələr dronların hədəflərindən birinin Vışqoroddakı su elektrik stansiyası olduğunu yazır. Obuxovda müəyyən bir infrastruktur obyekti PUA ilə hücuma məruz qalıb.
Monitorinq qruplarının məlumatına görə, partlayışlar Sumı, Çerkassı, Jitomir, Poltava, Çerniqov və Dnepropetrovsk vilayətlərində, həmçinin Ukraynanın nəzarətində olan Xersonda qeydə alınıb. Bu bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.