"Kiyev Vaşinqtonun xəbəri olmadan Duqinanın qətlini təşkil edib" - "New York Times" 

Kiyev Vaşinqtonun xəbəri olmadan rusiyalı jurnalist və politoloq Daria Duqinanın qətlini təşkil edib.

Bizimxeber.az bildirir ki, bu barədə "New York Times" ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

ABŞ kəşfiyyat agentlikləri avqust ayında Moskva vilayətində Daria Duqinanın ölümü ilə nəticələnən avtomobilin partladılmasına bəzi Ukrayna hökumət rəsmilərinin icazə verdiyini ortaya çıxarıb.

Materialın müəlliflərinin qeyd etdiyi kimi, ABŞ sui-qəsd cəhdində “nə kəşfiyyat məlumatı verməklə, nə də başqa şəkildə” iştirak etməyib.

Nəşrin mənbələri iddia edir ki, Amerika kəşfiyyat xidmətləri ukraynalıları bu barədə əvvəlcədən xəbərdar etsəydilər, onları əməliyyat keçirməkdən çəkindirməyə çalışardılar.