ABŞ-dan Ukraynaya 150 km mənzilli GLSDB təyinatlı raketlərin vəd edilmiş tədarükü ilə əlaqədar Rusiya Silahlı Qüvvələri döyüş taktikasını dəyişə bilər.
Bizimxeber.az bildirir ki, bu barədə hərbi ekspertlər deyiblər.
Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin silah və təhlükəsizlik üzrə eksperti Tom Karako Reuters agentliyinə deyib ki, Ukrayna daha uzun mənzilli raketlərdən faydalanacaq, lakin GLSDB-nin çatdırılması həqiqətən də vacib addımdır və bu, rusların nə edəcəyini təxmin etməyə imkan verəcək.
Ukraynadan olan hərbi ekspert Oleksandr Musiyenko əlavə edib ki, hazırkı döyüş arsenalı ilə Ukrayna Silahlı Qüvvələri 80 km-dən çox məsafədəki obyektlərə hücum etmək iqtidarında deyil. GLSDB təchizatı ilə vəziyyət dəyişəcək - RF Silahlı Qüvvələri uyğunlaşmalı və hərbi obyektləri cəbhə xəttindən daha da irəli aparmalı olacaq.
Ukrayna ordusunun raketləri yazda alacağı gözlənilir.