Kiprdə terroru maliyyələşdirən 8 nəfər saxlandı

Kipr polisi, üçüncü ölkədə terror qruplaşması üçün maliyyə toplamaqla bağlı şübhəli bilinən 8 nəfəri həbs edib.

Bizimxeber.az bildirir ki, şübhəlilərdən yedisi Suriya və bir qadın Kiprdəki Limassol və Pafos şəhərlərində reydlər zamanı saxlanılıb.

Polis, vəsaitin konkret hansı terror qruplaşması üçün toplandığına dair məlumat verməyib, lakin bu şəxslərin Kiprdə terror aktı planlaşdırmadığı bildirilib.

Eyni zamanda, polis vəsaitlərin qanunsuz narkotiklərin ticarətindən əldə olunub-olunmadığını araşdırır.