Kimyəvi məhlulu sərinləşdirici içki bilib içən qız öldü

Göyçayda kimyəvi məhlulu sərinləşdirici içki bilib içən qız ölüb.

Hadisə ötən gün rayonun Qaraxıdır kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Günəş Salikova həyətlərindəki istixanada həşaratların məhv edilməsi üçün pomidor şitillərinə vurulan mayeni qazlı içki sanıb. O, sarı rəngli məhlulu içdikdən sonra zəhərlənib.

14 yaşlı qız Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ötən gün axşam saatlarında orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.