Kim Çen İnlə qızının şərəfinə markalar buraxıldı

Şimali Koreyada üzərində ölkə lideri Kim Çen İn və qızı Kim Çjeu Yenin fotoları olan poçt markaları buraxılıb.

Bu barədə Koreya Poçt Korporasiyası məlumat yayıb.

Markalarda Şimali Koreya lideri və onun qızının ötən ilin noyabrında “Hvason-17” qitələrarası ballistik raketin sınaq buraxılışında çəkilmiş fotoşəkilləri əks olunub.

Qeyd edək ki, bu, Şimali Koreyada ölkə lideri ilə qızının fotoları əks olunan ilk markadır.