Kim Çen In diplomatik fəaliyyəti bərpa edir

Koreya Xalq Demokratik Respublikası (KXDR) koronavirus pandemiyası səbəbindən üç illik karantin rejimindən sonra diplomatik fəaliyyətini bərpa edir.

Bizimxeber.az "Financial Times"a istinadən bildirir ki, Şimali Koreya xarici diplomatik fəaliyyəti bərpa etməyə hazırlaşır, çünki dövlət başçısı Kim Çen In COVID-19 səbəbindən təcrid olunmuş ölkəni tədricən açır.

Yaxın aylarda Pxenyan xarici elçiləri rotasiya edəcək.