Xəbər verdiyimiz kimi, Türkiyə müxalifəti ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayıb. “Altılı masa”nın prezidentliyə namizədi CHP lideri Kamal Kılıçdaroğlu olub.
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Kılıçdaroğlunun namizədliyinə münasibət bildirib.
AK Partiya Qrup sədr müavini və millət vəkili Bülent Turan Kılıçdaroğlunun namizədliyi ilə bağlı fikirlərini çatdırıb:
"Cənab Kamal Kılıçdaroğlunu namizədliyi münasibətilə təbrik edirəm, millət ən yaxşı hakimdir".