Cənubi Koreyanın keçmiş prezidenti Yun Seok-yeol məhkəmənin qərarı ilə həbsdən azad edilib.
Bizimxeber.az bildirir ki, məhkəmə onun həbsin götürülməsi ilə bağlı vəsatətini təmin edib.
Keçmiş prezident ötən ay Seul Mərkəzi Dairə Məhkəməsinə müraciət edərək, dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamların qanuniliyinə etiraz edib. Məhkəmə Yun Seok-yeolun arqumentlərini əsaslı hesab edərək, onun azadlığa buraxılmasına qərar verib.
Xatırladaq ki, dekabrın 14-də Cənubi Koreya parlamenti Yun Seok-yeolu impiçment edib. O, yanvarın 15-də saxlanılıb və yanvarın 19-da məhkəmə onun konstitusiya quruluşuna qarşı üsyan ittihamı ilə həbs qətimkan tədbiri seçib. Yanvarın 23-də prezidentin üsyanı ilə bağlı iş prokurorluğa təqdim olunub. Əgər keçmiş prezident qiyamda təqsirli bilinsə, o, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər.