"Bələdiyyə paytaxtda yolka quracaq. Çoxlu aksiyaların keçirildiyi Rustaveli prospektinin nə vaxt bağlanacağı məlum deyil". Bizimxeber.az bildirir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze deyib.
“Yeni il hadisələri ilə bağlı bəyanatlar eşidirəm ki, onlar müxtəlif addımlar atacaqlar, bu qətiyyən yolverilməzdir. Təsəvvür edə bilərsiniz ki, hətta müharibə illərində də insanların, uşaqların vəziyyətini mümkün qədər yüngülləşdirmək üçün yeni il ağacı qoyulur. Biz Ukraynada belə şeyləri dəfələrlə görmüşük”, - Tbilisi meri Kaxa Kaladze bildirib.