Mixail Kavelaşvili “Gürcü arzusu”nun prezidentliyə namizədidir.
Bizimxeber.az bildirir ki, onu partiyada keçirilən brifinqdə fəxri sədr Bidzina İvanişvili təqdim edib.
Mixail Kavelaşvili 2016-cı ildən Gürcüstan parlamentinin üzvüdür. 9, 10 və 11-ci çağırış parlamentdə “Gürcü arzusu”nu təmsil edir.
Parlamentin saytında onun tərcümeyi-halında təhsil sahəsi boşdur. 2022-ci il iyulun 26-da Gürcüstan parlamenti “İnformasiya Azadlığının İnkişafı İnstitutu” qeyri-hökumət təşkilatına “Gürcüstan parlamentinin üzvü Mixail Kavelaşvilinin təhsilini təsdiq edən sənədin Milli Məclisdə təqdim olunmaması ilə bağlı xəbərdarlıq edib.