Kanadanın yeni baş naziri - "Heç vaxt Tramp dediyi olmayacaq"

Kanadanın yeni seçilmiş baş naziri, 59 yaşlı keçmiş mərkəzi bankir Mark Karni tərəfdarları qarşısında çıxış edib.

Bizimxeber.az bildirir ki, o, yeni iqtisadiyyat quracağını və yeni ticarət əlaqələri yaratacağına söz verib və ABŞ prezidenti Doland Trampa qarşı aqressiv çıxışlar edib.

Mark Karni deyib ki, ölkəsi qalib gələcək  və heç vaxt heç bir şəkildə Birləşmiş Ştatların bir hissəsi olmayacaq: "Qoy amerikalılar bu barədə səhv etməsinlər. Xokkeydə olduğu kimi ticarətdə də Kanada qalib gələcək. Donald Tramp Kanadalı ailələrə, işçilərə, müəssisələrə hücum edir, biz onun uğur qazanmasına imkan verməyəcəyik".