Kanadanın baş naziri Castin Trüdo Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisəli keçən görüşdən sonra Ukraynaya dəstəyini ifadə edib.
Bizimxeber.az bildirir ki, o, X sosial şəbəkəsində yazıb.
O, bəyan edib ki, “demokratiya, azadlıq və suverenlik uğrunda mübarizə hamımız üçün vacibdir. Rusiya Ukraynanı qanunsuz və heç bir əsas olmadan işğal edib. Ukraynalılar artıq üç ildir ki, cəsarət və mətanətlə mübarizə aparırlar. Onların demokratiya, azadlıq və suverenlik uğrunda mübarizəsi hamımız üçün vacibdir. Kanada ədalətli və davamlı sülhün əldə edilməsində Ukrayna və ukraynalıları dəstəkləməyə davam edəcək", - Trüdo yazıb.