Kanada Trump tariflərinə görə qisas vəd etdi - "Amerikaya cavab ağır olacaq"

Kanadanın Ontario əyalətinin baş naziri Duq Ford bildirib ki, ABŞ-ın tariflərinə cavab olaraq, əyalət Amerika şirkətlərinə yerli satınalmalarda iştirakını qadağan edir və yüksək sürətli internet təmin etmək üçün SpaceX ilə müqaviləni ləğv edir.

Bizimxeber.az bildirir ki, bu barədə CNN məlumat yayıb. 

Konkret olaraq Ontario İlon Maskın Starlink şirkəti ilə 100 milyon dollarlıq müqaviləni ləğv edəcək. Ford çərşənbə axşamı mətbuat brifinqində "Biz Ontarionun Starlink ilə müqaviləsinə xitam veririk. Bitdi. Artıq getdi" dedi.

Ford həmçinin tariflərin dəyişməz qalacağı təqdirdə Ontariodan ABŞ-a tədarük olunan elektrik enerjisinə 25 faiz əlavə rüsum tətbiq edəcəyi ilə hədələyib. Ontario, ABŞ-ın sərhəd əyalətlərində təxminən 1,5 milyon müştərini elektrik enerjisi ilə təmin edir. "Biz də tərəddüd etmədən onların elektrik enerjisini kəsəcəyik" deyə Ford xəbərdarlıq edib. Onun sözlərinə görə, Kanada və ABŞ birlikdə planetin iki "ən zəngin, ən uğurlu və ən təhlükəsiz" ölkəsi ola bilərdilər, lakin prezident Tramp bunun əvəzinə xaosu seçdi: "Biz əmin olmalıyıq ki, Amerika ağrıları hiss edir" - dedi Ontarionun baş naziri.

Fordun məlumatına görə, dünyanın ən böyük spirt alıcısı hesab edilən Ontario ştatının Liquor Control Board da mağaza rəflərindən Amerika məhsullarını yığışdırır.

Xatırladaq ki, Donald Tramp Kanada və Meksikadan idxal olunan məhsulların əksəriyyətinə 25% rüsum tətbiq edib.