"Kanada ABŞ tariflərinə çox sərt cavab verəcək".
Bizimxeber.az bildirir ki, bunu ölkənin baş naziri Castin Trudeau açıq bəyan edib.
Trudeau, Kanada hökumətinin ilk prioritetinin ABŞ-dan "əsassız tariflərin" qarşısını almaq olduğunu, lakin tətbiq ediləcəyi təqdirdə Trump-a cavab zərbəsi endirməyə hazırlaşdığını söyləyib: "Kanada kanadalıların gözlədiyi kimi dərhal və son dərəcə sərt cavab verəcək".
Kanadanın ABŞ prezidentinin təhdid etdiyi tariflər qüvvəyə mindikdən sonra 150 milyard dollar dəyərində Amerika mallarına gömrük rüsumları tətbiq edərək Trampın hərəkətlərinə reaksiyasını davam etdirəcəyi gözlənilir.
"Tariflər tətbiq olunarsa, bu, kanadalılar və kanadalı bizneslər üçün çətin olacaq - amerikalılar və amerikalı bizneslər üçün də çətin olacaq" deyə o bildirib. Tramp, martın 4-dən etibarən bütün Kanada və Meksika mallarına 25 faizlik tariflər tətbiq etmək planlarına davam etmək niyyətindədir.