Kanada rusiyalı sənətçiləri ölkəyə buraxmayacaq - Sanksiya

Kanada Nikolay Baskov, Oleq Qazmanov, Aleksandr Marşal, müğənnilər Polina Qaqarina və Nadejda Babkina da daxil olmaqla, rusiyalı sənətçi və müğənnilərə sanksiya tətbiq edib.

Bizimxeber.az bildirir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir .

Əlavə olaraq, müğənnilər Mixail Boyarski, Dima Bilan, Nikolay Rastorquev, Aleksandr Buynov, o cümlədən aktrisa Dana Borisova, müğənnilər İrina Alleqrova. Larisa Dolina, Viktoriya Daineko, musiqiçi İqor Butman, aktyorlar Dmitri Dyujev, Marat Ayust Qalinxəv və Marat Qalust Miskin də adı sanksiyalara əlavə edilib.

Ümumilikdə 38 nəfər və 16 şirkət sanksiyalara məruz qalıb, onlar xüsusi hərbi əməliyyatı dəstəkləməkdə ittiham olunurlar.