Kanada iki rusiyalıya sanksiya tətbiq edib

Kanada iki Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib. 

Bizimxeber.az bildirir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, sanksiyalar KXDR-dən Rusiyaya silah ötürülməsində iştirak etdiyi iddia edilən “rus şirkətlərinin yüksək rütbəli nümayəndələrinə” qarşı tətbiq edilib.

Məhdudiyyətlər, həmçinin, Kanada hakimiyyətinin məlumatına görə, bu cür fəaliyyətlərlə məşğul olan altı hüquqi şəxsə də təsir edib.