Kanada ABŞ-la sərhəddə patrul xidməti həyata keçirmək üçün xüsusi polis dəstəsi yaratmağı planlaşdırır.
Bizimxeber.az bildirir ki, bunu Albertanın baş naziri Danielle Smit deyib. Əyalət Alberta Şerifinin komandanlığı altında sərhəd patrul komandası yaratmaq üçün 29 milyon dollar sərmayə qoyacaq.
Bölmə ABŞ-la sərhədi keçmək və ya narkotik və silah daşımaq üçün qanunsuz cəhdlərə nəzarət edəcək. Alberta ən azı iki kilometr dərinlikdə sərhəd zonası yaratmağı planlaşdırır, burada şeriflər qanunu pozanları orderə ehtiyac olmadan həbs edə bilər.
Bu yaxınlarda seçilmiş Amerika prezidenti Donald Tramp Meksika və Kanadaya subsidiya əvəzinə ABŞ-a qoşulmağı təklif edib.