Kamala Harris ABŞ prezidentliyinə namizədliyini irəli sürdü

ABŞ-ın vitse-prezident Kamala Harris prezidentliyə namizədliyini elan edib.

Bizimxeber.az bildirir ki, Harris namizədliklə bağlı açıqlama verib.

"Prezidentin təsdiqini almaqdan şərəf duyuram və bu namizədliyi qazanmaq və qalib gəlmək niyyətindəyəm. Seçki gününə 107 gün qalıb. Biz birlikdə mübarizə aparacağıq. Və birlikdə qalib gələcəyik"-deyə o bildirib.