Kalininqradın Çexiyaya birləşdirilməsi üçün “referendum” keçirildi

200-ə yaxın insan Rusiyanın Praqadakı səfirliyi qarşısında toplaşaraq Kalininqradın Çexiyaya birləşdirilməsi tələbi ilə etiraz aksiyası keçiriblər. 

Bizimxeber.az bildirir ki, bu barədə Polşanın Rzeczpospolita nəşri yazıb. Məlumatda qeyd olunur ki, insanlar formal referendum təşil edərək səs veriblər, səfirlikdə Çexiyanın dövlət himni səsləndirilib.

“Referendum”un təşkilatçılarının fikrincə, Kalininqradın Çexiyaya birləşdirilməsi məsələsi tarixən ədalətli olardı, çünki şəhər hələ 13-cü əsrdə Çexiya kralı II Pjemisl Otakar tərəfindən təsis edilib. Onlar həmçinin qeyd ediblər ki, bu yolla Çexiya qanuni yolla dənizə çıxış əldə edəcək.

Kalininqradın Çexiyaya qoşulması ilə bağlı zarafatyana müzakirə anonim istifadəçinin Twitter-dəki paylaşımı ilə başlayıb. Şərhçilər ideyanı bəyəndilər və Kalininqradın Çexiya bayrağı ilə xəritə və şəkillərini dərc etməyə başladılar. Sonra şəhərin ilhaqını tələb edən petisiya ortaya çıxdı.

Kalininqradın Rusiyadan alınması təklifini daha əvvəl Polşa quru qoşunlarının keçmiş komandanı general Valdemar Skşiçak səsləndirmişdi. Onun sözlərinə görə, Varşava Kalininqradını xatırlamalı və ona iddia etməlidir, çünki bu torpaqlar Polşa ərazisinin bir hissəsidir".