Kaliforniyada dron şiddətli yanğınlarla mübarizə aparan Canadair CL-415 Super Scooper-a çırpılıb.
Bizimxeber.az bildirir ki, bu barədə Federal Aviasiya Administrasiyası nəlumat yayıb.
Toqquşma zamanı təyyarə havada olub və Pasifik Palisades alovu üzərində uçub. Dronun təyyarənin qanadında futbol topu böyüklüyündə dəlik yaratdığı deyilir. Təyyarə təhlükəsiz yerə enə bilsə də, istismardan çıxarılıb.
Qəzadan sonra yanğınsöndürmə əməliyyatları ilə əlaqəli olmayanlar tərəfindən uçuşlara və pilotsuz təyyarələrin buraxılmasına qadağa qoyulub.